“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın mətbuat konfransında çıxışı zamanı klubunu “Bavariya” ilə səhv salması gülüş doğurub.
Life.ru xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının 15-ci turunda “Mançester Siti”nin “Bernli” ilə qarşılaşmasından sonra baş məşqçinin jurnalistlərlə söhbəti zamanı yaşanıb.
“Rodri uyğunlaşır və o bu liqa üçün idealdır. Mən düşünürəm ki, Münhen “Bavariyası”... Hansı “Bavariya” axı? (bu an başına vurur) “Mançester Siti” alıb! Münhen “Bavariyası” haradan çıxdı? Mən nə fikirləşirəm?” - Qvardiola bildirib.
Qvardiolanın bu sözləri zaldakıların gülüşünə səbəb olub.
Xatırladaq ki, Pep Qvardiola 2013-cü ildən 2016-cı ilə qədər “Bavariya”nı çalışdırıb.