Rusiyanın "Spartak" klubu azərbaycanlı futbolçu Ayaz Quliyevi ölkənin başqa komandasına məsləhət görüb.
Report xəbər verir ki, Mosvka təmsilçisi "Krılya Sovetov"a 23 yaşlı yarımmüdafiəçi ilə qışda müqavilə imzalamağı tövsiyə edib. Lakin "Spartak"ın bu təklifi rədd edilib.
Qeyd edək ki, daha öncə "Spartak"ın Ayaz Quliyevlə yolları ayırmaq istədiyi yazılıb. O, bu ilin yanvarında "Rostov"dan paytaxt klubuna keçib. Yarımmüdafiəçinin Azərbaycanın əsas millisinə cəlb olunması gündəmdədir. Hazırda Moskvanın digər klubu "Dinamo"da çıxış edən Ramil Şeydayev 2018/2019 mövsümündə "Krılya Sovetov"un formasını geyinib.