Son oyunumuzdur. Hiss olunur ki, maraq azdır. Hər halda, oyuna ciddi hazırlaşacağıq. Normal oyunla, yaxşı nəticə ilə turniri başa vurmaq istəyirik.
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburq ”Düdelanj”ı ilə qarşılaşmadan öncə keçirilən mətbuat konfransında deyib:
“Bu oyundan əvvəl futbolçulara sərbəstlik vermişik. Oyuna hazırlıq prosesində də, məşqlərdə də.
“Düdelanj” tanıdığımız rəqibdir, bu gün və sabah rəqibi daha yaxından tanıyacağıq. Bizim üçün hər oyun ciddidir. Stadionun dolu olmasını istərdik. Azarkeşlərimizi də başa düşürəm. Stadionda olmasalar da, bizimlə olacaqlar. Son oyunda stadionun dolmasını istərdik”.