Məsud Özilin “Twitter”də uyğurların pozulan hüquqlarını müdafiə etməsi Çin hökumətini qəzəbləndirib.
“Soccer” idman dərgisi məlumat verir ki, Çinin dövlət kanalları “Arsenal” – “Mançester Siti”(0:3) oyununu yayımlamayıblar.
Xatırladaq ki, “Arsenal”ın yarımmüdafiəçisi sosial şəbəkədə etdiyi paylaşımda Çin hökumətini Quran kitabını yandırmaqda, məscidləri bağlamaqda, din alimlərini öldürməkdə günahlandırıb.