İran Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qaçırılan israilli ravvin Zvi Koqanın öldürülməsində əli olması ilə bağlı xəbərləri təkzib edib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın Əbu-Dabidəki səfirliyi açıqlama verib.
Qeyd edək ki, Çabad yəhudi hərəkatının nümayəndəsi və İsrail-Moldova vətəndaşı olan Koqan noyabrın 21-də Əbu-Dabidə diş həkiminə getdikdən sonra itkin düşmüşdü. Daha sonra İsrailin Baş nazirinin ofisi və Xarici İşlər Nazirliyi bəyanat yayaraq, onun qaçırıldığını və BƏƏ rəsmiləri tərəfindən cəsədinin tapıldığını bəyan edib.
İsrail kəşfiyyat xidməti Koqanın İran casusları tərəfindən qaçırıldığını bildirib.
Xatırladaq ki, BƏƏ Daxili İşlər Nazirliyi artıq ölkənin hüquq-mühafizə orqanlarının Koqanın qətlində əli olan şəxsləri həbs etdiyini açıqlayıb.