Mütəxəssis izah edir: Yeni doğulmuş körpələri öpmək niyə təhlükəlidir?

İngiltərədə işləyən həkim Karan Raj TikTok-dakı paylaşımı ilə körpələri öpməyin təhlükələrinə diqqət çəkib. Sosial mediada böyük marağa səbəb olan paylaşıma minlərlə şərh gəlib. Dr. Rajın xəbərdarlığı bir çox insanın körpələri öpməyin riskləri haqqında kifayət qədər məlumatlı olmadığını ortaya qoyur.

Sherg.az xəbər verir ki, İngiltərədə çalışan Dr. Karan Raj, TikTok-dakı paylaşımında körpələri öpməyin sağlamlıq risklərini gündəmə gətirib və valideynləri bu mövzuda daha diqqətli olmağa çağırıb.

Yeni doğulmuş körpələrin immun sistemi hələ tam inkişaf etmədiyi üçün böyüklərdə sadə infeksiyalara səbəb olan mikroblar körpələrdə çox daha ciddi sağlamlıq problemləri yarada bilər.

Xüsusilə ilk üç ayda körpələrin immun sistemindəki müdafiə hüceyrələri məhdud olur və bu, onları infeksiyalara qarşı həssas edir.

Böyük Britaniyada qərarlaşan "Lullaby Trust" tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, yeni valideynlərin 54 faizi dostlarına və ailəsinə körpələrini öpməyə icazə verib, belə ki, körpələrinin yoluxma riski olan öpüşlərdən qorunmalıdır.

Herpes virusu kimi infeksiyalar körpələrdə soyuq yaralarla məhdudlaşmır, ciddi orqan zədələnməsinə səbəb olur və həyat üçün təhlükə yaradır. Körpələr B qrupu streptokok kimi bakteriyalara da həssasdırlar. 


Körpələrə sevgi göstərmək vacib olsa da, valideynlər ziyarətçilərə körpələrini öpməmələri barədə xəbərdarlıq etməkdən çəkinməməlidirlər. Körpənin sağlamlığı ilə həqiqətən maraqlanan bir ziyarətçi bu cür istəklərdən inciməməlidir.

Körpəni öpmək istəyən insanlar infeksiya riskini minimuma endirmək üçün əllərini yaxşıca yumalı, körpənin üzünü və ağzını öpməməli, soyuqdəymə, herpes kimi infeksiya halında maska ​​ilə yaxınlaşmalıdır.