İyunun 12-dən iyulun 12-dək keçiriləcək futbol üzrə Avropa çempionatının koronavirusa görə təxirə salınması müzakirə olunmur.
Axar.az xəbər verir ki, bu barədə UEFA-nın nümayəndəsi Andreas Şer məlumat verib.
O, istənilən vəziyyətə hazır olduqlarını bildirib:
“Əlbəttə, yayadək nə olacağını deyə bilmərik. Amma məsələn, Çinə yaxın olan Rusiya ərazisində müəyyən tədbirlərə əl atmalı olsaq, biz yerli hakimiyyətlə birgə vəziyyətdən çıxış yolu axtaracağıq. İndiki məqamda isə biz hər hansı təhlükənin baş verəcəyini gözləmirik. Koronavirus turnirin təşkilatçılığına mane olmayacaq”.