18 yaşlı futbolçu ayın ən yaxşısı seçildi


"Arsenal"da yanvar ayının ən yaxşı futbolçusu məlum olub.

Goal.az xəbər verir ki, bu, Qabriel Martinellidir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçu ötən ay iştirak etdiyi 5 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 2019-cu ilin yayında "Arsenal"a keçən braziliyalı forvard "topçular"la 23 oyunda 10 qol vurub.