Messinin “Barselona”dakı gələcəyi müəyyənləşdi

"Barselona"nın hücumçusu Lionel Messi bu il klubu tərk etmək fikrində deyil.
"Sherg.az" qol.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu klubun idman direktor Erik Abidalla aralarında yaranmış problemə baxmayaraq, Kataloniyada qalacaq. O, ən azı müqaviləsinin müddəti bitənə - 2021-ci ilin yayına kimi "Barselona"da oynayacaq.

Bildirilir ki, "Barselona"nın prezidenti Jozep Bartomeunun tərəflərlə ayrı-ayrılıqda keçirdiyi görüşdən sonra Messi - Abidal gərginliyi nisbətən azalmağa başlayıb.

Qeyd edək ki, xarici mediada Messinin yayda "Mançester Siti"yə keçə biləcəyi də iddia olunub. Lakin "Sky Sports" yazır ki, bu transer gerçəkləşməyəcək. Klubun baş məşqçisi Xosep Qvardiola da Messinin "Barselona"dan ayrılacağına inanmadığını söyləyib.

Başqa bir xəbərə görə, argentinalı "Barselona" ilə yeni müqavilə üçün danışıqlara başlamağa hazırdır. Amma o, hələlik bu məsələ ilə bağlı yekun qərarı qüvvədə olan müqaviləsi başa çatmağa yaxın verəcək.