Fırtına ilə əlaqədar çempionat oyunları təxirə salındı

Futbol üzrə Hollandiya çempionatının oyunları təxirə salınıb. 

Sport-express.ru xəbər verir ki, buna səbəb “Kyara” fırtınasıdır.

Təxirə salınan görüşlər arasında “Utrext” – “Ayaks”, “AZ Alkmaar” - “Feyenoord”, “Emmen” - “Tvente” klublarının qarşılaşmaları da var. 

Matçların nə vaxt keçiriləcəyi isə hələlik məlum deyil.