Basketbolçuları daşıyan avtobus qəzaya düşdü: Onlarla yaralı var

Türkiyənin “Malatya Böyükşəhər Bələdiyyəspor” basketbol komandasının üzvlərini daşıyan avtobus qəzaya uğrayıb.

Ajansspor.com məlumat verir ki, əlil basketbolçuları daşıyan avtobus Diyarbəkir-Mardin yolunda qəzaya uğrayıb.

Hadisə nəticəsində avtobusda olan 13 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.