Çinin Vuhan şəhərində yaşayan bodibildinq üzrə 72 yaşlı dünya çempionu bütün xəbərdarlıqlara rəğmən, qoruyucu tədbirlərdən imtina edib. Xarici mətbuat xəbər verir ki, məhşur idmançı inadkarlığının əvəzini canı ilə ödəyib.
Belə ki, xəbərdarlıqlara əməl etməyən idamançının qəfildən qızdırması qalxıb və dərhal xəstəxanaya aparılıb. Xəstəxanada aparılan testlər nəticəsində onun koronovirusa yoluxduğu aşkar edilib. Məşhur idmançı bir müddət nəzarət altında olsa da, dünyasını dəyişib.
Qeyd edək ki, Qiu Jun adlı idmançı 2003-cü ildə təqaüdə çıxdıqdan sonra 56 yaşında bodibildinq idman növü ilə məşğul olmağa başlayıb və dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.