Yunan-Roma güləşçimiz Rafiq Hüseynov ikiqat Avropa çempionu adına sahib olub.
AZƏRTAC xəbər verir ki, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 82 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz əvvəlcə hollandiyalı idmançıya çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisi ilə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala yüksəlib. Finalın bir addımlığında yerli güləşçiy ilə qarşılaşan həmyerlimiz italyan rəqibinə çətinlik çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb. Həlledici qarşılaşmada Bolqarıstan idmançısı ilə üz-üzə gələn təcrübəli pəhləvanımız əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və ikinci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.