"İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı başa çatdı. Azərbaycan yenə ənənəvi olaraq bu mötəbər yarışda da öz sözünü deməyi bacardı və idman ölkəsi olduğunu bir daha təsdiqləmiş oldu"
"Sherg.az" xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.
Onun sözlərinə görə həm yunan-Roma, həm də sərbəst güləş yarışlarında Azərbaycan millisinin Avropa ikincisi olması onları qürurlandırmaya bilməz: "Təbii ki, yüksələn xəttlə davam edən islahatların getdiyi Azərbaycanda bu uğurların səbəbkarı ölkəmizin başçısı cənab İlham Əliyevdir. Məhz onun diqqət və qayğısı nəticəsində Azərbaycan idmanı öz sözünü həmişə ölkə hüdudlarından kənarda deməyi bacarıb. Avropa çempionatında göstərilən parlaq nəticə münasibəti ilə Prezident İlham Əliyevi, ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanı, Azərbaycan Güləş Federasiyası rəhbərliyini və bütün güləş ictimaiyyətini təbrik edirəm!".