UEFA Çempionlar Liqasını 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” – “Leipzig” qarşılaşmasını türkiyəli hakim Cüneyt Çakıra həvalə edib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
İngiltərə paytaxtında fevralın 19-da keçiriləcək qarşılaşmada Bahattin Duran və Tarık Ongun Cüneyt Çakırın köməkçiləri olacaq.
Qarşılaşmanın dördüncü hakimi Halil Umut Meler, VAR hakimi isə Mete Kalkavan təyin olunub.