İtaliyada 40 futbol oyunu təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, buna koronavirus səbəb olub.
Bütün təxirəsalmalar aşağı liqalara təsadüf edib. Bu, A və B seriyalarının matçlarına şamil olunmayıb.
Qeyd edək ki, bir müddət əvvəl koronavirus diaqnozu qoyulan ilk italiyalı həvəskar liqada çıxış edən 38 yaşlı futbolçu olması aşkarlanıb.