Premyer Liqa klubundan RƏSMİ TRANSFER


"Norviç" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

İngiltərə Premyer Liqa təmsilçisi "Düdelanj"ın yarımmüdafiəçisi Danel Sinani heyətinə qatıb. Onunla 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb. Lüksemburqlu futbolçu bu mövsüm başa çatdıqdan sonra komandaya qoşulacaq.

Qeyd edək ki, Sinani bu mövsüm 16 matçda 14 qol vurub. /qol.az