"Yuventus" üç futbolçusu müqaviləni uzatmağı planlaşdırır.
Qol.az xəbər verir ki, bunu "Sky Sport Italia"ya açıqlamasında Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi deyib.
O, qapıçı Canluici Buffon, müdafiəçi Corco Kyellini və hücumçu Paulo Dibala ilə danışıq apardıqlarını bildirib: "Buffon və Kyellini ilə razılaşmaq üzrəyik. Dibala ilə da danışırıq. Onun "Yuventus"da mümkün qədər çox qalmasını istəyirik".
Qeyd edək ki, daha əvvəl sözügedən futbolçularla yanaşı, Blez Matuidi ilə də yeni müqavilə imzalanacağı haqda xəbərlər yayılmışdı.