Koronavirus pandemiyasının "Barselona" klubuna vurduğu ziyanın məbləği müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu barədə klubun vitse-prezidenti Xordi Kardoner bildirib.
Onun sözlərinə görə, Kataloniya təmsilçisinin ziyanı 110-120 milyon avrodur. Matçlara və klubun muzeyinə bilet satışının olmamasından təxminən 50 milyon, televiziya yayımına görə 39 milyon, potensial kommersiya gəlirlərindən isə 20-25 milyon itirilib.
Qeyd edək ki, İspaniya La Liqasında mübarizə XXVII turdan sonra dayandırılıb. "Barselona" hazırda 58 xalla turnir cədvəlinə başçılıq edir.