"Milan”ın üç futbolçusu koronavirusa yoluxdu

Məşhur italiyalı jurnalist Nikola Skira “Milan” futbol klubunun üç oyunçusunun COVID-19-a yoluxduğunu bildirib.

Gazeta.ru xəbər verir ki, jurnalist bu barədə özünün “Twitter” hesabında məlumat verib.
N.Skiranın sözlərinə görə, “Fiorentina” və “Sampdoriya” klublarında da yoluxma hallarının qeydə alınmasından sonra A Seriyasında mövsümün davam etdirilməsi ehtimalı azdır.

Jurnalist “Milan”da koronavirus testi müsbət çıxan futbolçuların adını açıqlamayıb.

Futbol üzrə İtaliya çempionatı martın 11-də dayandırılıb. COVID-19 virusunun yayılması ilə əlaqədar verilən fasiləyə qədər Turinin “Yuventus” klubu 63 xalla turnir cədvəlinə başçılıq edirdi.