Umudovun ustadından əsassız ittihamlara SƏRT TƏPKİ: “Belə ucuz yolla... ”

“...Firdovsini nə dövlətin, nə millətin, nə də dünyanın gözündən sala biləcəklər!”

“Çünki o,ölkəmizdə və dünyada böyük hörmətə, nüfuza malik pəhləvandır”




«Firdovsi Umudov Azərbaycanın fəxridir. Ona ləkə yaxmağa çalışanların istəkləri nədir heç özləri də bilmir”.
 “Sherg.az” xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti F.Umudov və ailəsi haqqında “reket” saytların birində sifarişlə yazıdırılan və heç bir həqiqət payı olmayan ittihamlara cavab verərkən pəhləvamınızın  ustadı, əməkdar bədədn tərbiyəsi və idman xadimi Ramiz Tağıyev deyib. O qeyd edib ki, F. Umudov Azərbaycan sərbəst güləşini dünya arenalarında layiqincə təmsil edir:



“Azərbaycan güləşinin Olimpiya səviyyəsinə qalxmasında Firdovsinin danılmaz və əvəzsiz əməyi var. Dəfələrlə Azərbaycanın üçrəngli bayrağını dünyada yüksəklərə qaldırıb. 2012-ci ildə FİLA tərəfindən qızıl medalla təltif olundu.

Dünyanın bir nömrəli məşqçisi seçildi. Firdovsinin rəhbərlik etdiyi komanda  Azərbaycana saysız-hesabsız qızıl, gümüş, bürünc medallar gətirib. Bu, vətənə, dövlətə, millətə təmənnasız xidmət deyilmi?! Firdovsi dövlətinə, millətinə sədaqətli insandır. O, zəhmətkeş ailənin övladıdır.

Atası kənd adamıdır. Həmin yazıda tək Firdovsiyə deyil, atasına qarşı da böhtan xarakterli cümlələr yazıblar. Yəqin ki, o cümlələrə görə o yazıda rolu olan hər kəs cavabını alacaq. Biz hüquqi dövlətdə yaşayırıq. Dövlət kimin kim olduğunu yaxşı bilir. Dövlət yaxşı bilir ki, Firdovsi Azərbaycanı təmənnasız sevir.


Firdovsi özünü reklam etmir, etdirmir.  Etdiyi yaxşılıqların çoxunu heç kim bilmir. Qazaxda olan imkansız ailələrə, şəhid ailələrinə, Qarabağ qazilərinə, müharibə veteranlarına imkanı daxilində kömək edir. Firdovsi haqqında yazılan şər-böhtan xarakterli həmin yazı paxıllıqdan başqa bir şey deyil. Guya Firdovsiyə şər atanda dövlət həmin böhtançıların yaxasından qızıl medal asacaq?! Xeyr! Elə olmayacaq! Əksinə, dövlət dediyim kimi hamını yaxşı tanıyır.



Və həmin yazıda imzası olanlar dövlətin də, millətin də gözündə heç nə oldular!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Firdovsi Umudova layiqli qiymətini verib.  Firdovsi dünyada böyük hörmətə, nüfuza malik pəhləvandır. Belə ucuz yolla Firdovsini nə dövlətin, nə millətin, nə də dünyanın gözündən sala biləcəklər!