"Bavariya"nın hücumçusu Robert Levandovski şəxsi rekordunu yeniləyib.
Qol.az xəbər verir ki, polşalı futbolçu Bundesliqanın 30-cu turunda "Bayer"lə səfər qarşılaşmasında (4:2) fərqlənməklə buna nail olub.
Komandasının 4-cü topunun müəllifi olan Levandovski bu mövsüm bütün turnirlərdəki qollarının sayını 44-ə çatdırıb. Bu isə onun karyerası ərzində göstərdiyi ən uğurlu nəticədir. 31 yaşlı hücumçunun əvvəlki rekordu 2016/17 mövsümünə təsadüf edir. O, həmin mövsümdə rəqib qapılarına 43 dəfə yol tapmışdı.