Tanınmış rusiyalı sərbəst güləşçi, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi və dördqat dünya çempionu Əbdülrəşid Sadulayev koronavirusdan sağalıb.
Bu barədə dağıstanlı idmançı TASS agentliyinə açıqlama verib:
“Bu xəstəlik, demək olar ki, Dağıstanın şəhər və bölgələrində hər ailəni narahat edib. Mən xəstəliyi yüngül formada keçirdim və evdə müalicə aldım. Bizdə xəstəxanaya ancaq ağır xəstələri yerləşdirirdilər”.
24 yaşlı idmançı güləş döşəyi üçün darıxdığını və səbirsizliklə təlim-məşq toplanışlarını gözlədiyini bildirib.