“Neftçi” ödənişli əsaslarla fəaliyyət göstərəcək məktəb açacaq - YENİLƏNİB

“Neftçi” klubundan ödənişli əsasla fəaliyyət göstərən məktəblərin açılmasına münasibət gəlib.
Bu barədə Oxu.Az-a Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev bunları deyib:
“Yaxın zamanda Futbol Akademiyamızdan əlavə, kommersiya qrupları açmaq fikrimiz var. Akademiyaya düşə bilməyən uşaqlar da ora yazıla bilər. Həmçinin digər valideynlər də bu qruplara uşaqlarını qoya biləcək”.

11:24

“Neftçi” klubu ödənişli əsasla fəaliyyət göstərən məktəb açacaq.
Oxu.Az-a bu barədə məlumatı “Neftçi”nin 14 yaşadək komandasından çıxarılmış məşqçi Ədəhim Niftəliyev deyib:
“Neftçi” yeni ödənişli əsasla fəaliyyət göstərən məktəb açacaq. Ola bilsin ki, yeni açılacaq pullu meydançalara məşqçi kimi təyin olunum”.
Qeyd edək ki, “Neftçi”də istedadlı uşaqların Akademiyaya yazılması indiyədək pulsuz olub. İndi klub digər biznes strukturları kimi ödənişli əsaslarla ayrıca futbol məktəbi açacaq.