"Real" 110 milyon avroluq təklifi rədd etdi


"Real" futbolçusu Vinisius Junior üçün PSJ-nin göndərdiyi təklifi rədd edib.

Qol.az xəbər verir ki, Paris təmsilçisinin 19 yaşlı yarımmüdafiəçi üçün 110 milyon avro ödəməyə hazır olduğu vurğulanıb. Ancaq Madrid klubunun heç bir pul müqabilində braziliyalı oyunçunu satmaq fikrinin olmadığı və qərarının qəti olduğu bildirilib.

Qeyd edək ki, V.Junior bu mövsüm 28 matçda 4 qol vurub.