"Liverpul" ən çox qazanan futbolçusu olacaq


"Liverpul"un müdafiəçisi Vircil Van Deyk komandanın ən çox qazanan futbolçusu olacaq.

"Sherg.az" qol.az-a istinadən xəbər verir ki, Niderlandlı müdafiəçinin mövsümün sonunda "Liverpul"la yeni müqavilə imzalayacağı bildirilib.

Yeni müqavilənin müddəti 5 illik olacaq və Van Deyk bu müddətdə 57 milyon funt-sterlinq (təqribən 72 milyon dollar) qazanacaq.  Hazırda həftəlik 180 min məvacib alan Van Deyk, yeni sözləşmə ilə gəliri 200 min funt-sterlinq (təqribən 252 min dollar) olacaq.

Qeyd edək ki, 2018-ci ildən "Liverpul"da çıxış edən Van Deykin klubla müqaviləsi 2023-cü ilə qədərdir.