ABŞ-ın iki klubunda koronavirus aşkarlanıb.
Qol.az xəbər verir ki,MLS çempionatında çıxış edən "İnter Mayami" və "Atlanta Yunayted"in hərəsində bir futbolçu virusa yoluxub. Bunu liqanın rəsmi saytı açıqlayıb.
Adları açıqlanmayan şəxslərin özlərini təcrid etdikləri bildirilib.
Qeyd edək ki, "İnter Mayami" klubunun sahibi İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.