Dortmund “Borussiya”sının baş məşqçisi Lusyen Favr Bundesliqada başa çatan mövsümü şərh edib.
Qol.az-ın xəbərinə görə, o, komandasının çıxışından razılığını bildirib.
“Düşünürəm ki, biz yaxşı mövsüm keçirdik. Hədəfimizə çataraq ikinci yeri tutduq. Çətin, amma layiqi nəticə idi. Bundesliqada rəqabət getdikcə artır. Çempion “Bavariya”ya gəlincə, onlardan danışmağa ehtiyac yoxdur. Münhenlilər hamıdan güclüdür və nöqtə”.