Türkiyə millisinin futbolçusu Burak Yılmazın Fransanın “Lill” klubuna keçidi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, bunu Liqa1 təmsilçisi açıqlayıb.
Ötən mövsüm formasını geyindiyi “Beşiktaş”la qarşılıqlı razılıqla yollarını ayıran Yılmaz Fransa klubu ilə 2 illik müqavilə imzalayıb. 35 yaşlı forvard 2022-ci ilin yayına qədər Liqa1 təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, “Lill”də daha iki türk futbolçu Yusuf Yazıçı və Zəki Çelik də forma geyinir.