Bu gün Avropa Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.
Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilkin mərhələnin cütləri müəyyənləşib.
Azərbaycan klublarının azad olduğu mərhələdə aşağı reytinqli ölkələrin 16 komandası 8 cüt təşkil edib. Bir oyundan ibarət ilkin mərhələnin matçları avqustun 20-də baş tutacaq.
Qeyd edək ki, sabah I təsnifat mərhələsinin püşkü atılacaq, Azərbaycan klubları “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın rəqibləri bəlli olacaq.
Avropa Liqası
2020/21 mövsümü
İlkin mərhələ
“Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo)
“Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo)
“Santa Koloma” (Andorra) - “İskra” (Monteneqro)
“Enqordan” (Andorra) - “Zeta” (Monteneqro)
“Qlentoran” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları)
“Cent Cozefs” (Cəbəllütariq) - B-36 (Farer adaları)
“Kolreyn” (Şimali İrlandiya) - “La Fiorita” (San-Marino)
“Runavik” (Farer adaları) - “Barri Taun” (Uels)