Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Taysonla dörd çəki dərəcəsində keçmiş dünya çempionu Roy Cons arasında döyüşün tarixi dəyişdirilib. Bu barədə “The ring” məlumat yayıb.
Sentyabrın 12-də keçirilməsi nəzərdə tutulan döyüş noyabrın 28-nə dəyişdirilib.
Döyüşün vaxtının dəyişdirilməsi təşəbbüsü ilə M.Taysonun komandası çıxış edib.
Onlar bu cür dəyişikliklə əlavə gəlir əldə oluna biləcəyini düşünüblər.
R.Consun komandası da bununla razılaşıb.