“Avroliqada asan rəqib yoxdur”.
Oxu.Az xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Zaur İsmayılov deyib.
O, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib:
“Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq. Artıq “Laçi” komandasını analiz etməyə başlamışıq. Bilirik ki, çox yaxşı futbolçulara malik bir kollektivdir. Bütün xətlərdə güclü oyunçulara malikdirlər”.
Xatırladaq ki, püşkün nəticəsinə əsasən “Keşlə” Albaniyanın “Laçi” komandası ilə qarşılaşacaq.