“Barselona” baş məşqçisi Kike Setyenlə yollarını ayıracaq.
Oxu.Az xəbər verir ki, bu gün klubun rəsmi qərarını açıqlaması gözlənilir.
Qeyd edək ki, əsl adı Enrike olan 61 yaşlı Setyen Kataloniya klubunda Ernesto Valverdeni yanvarın 13-də əvəzləmişdi. Lakin komanda onun rəhbərliyi altında heç bir titul qazana bilməyib.
“Barselona”nın Münhen “Bayern”inə Çempionlar Liqasının 1/4 finalında 2:8 hesabı ilə darmadağın olması klub rəhbərliyinin səbir kasasını daşırıb.
Artıq bu komandanı çalışdıracaq namizədlərin adları da açıqlanıb. Bunlar "Barselona"nın sabiq futbolçu Çabi, hollandiyalı Ronald Kuman, argentinalılar Maurisio Poçetino və Marselo Byelsadır.