"Mançester Yunayted"dən "Verder"ə


"Mançester Yunayted" futbolçusu Tahit Çonqu "Verder"ə icarəyə verib.

Qol.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. DNderlandlı futbolçu Bremen təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, 20 yaşlı futbolçu ötən mövsüm əsas komandada keçirdiyi 12 oyunda 2 məhsuldar ötürmə edib. Tahit Çonq "Feyenoord"un yetirməsidir. O, 2016-cı ildə "qırmızı şeytanlar"a keçib.