Avqustun 16-da futbol üzrə İngiltərə çempionatının ötən mövsümünün ən yaxşı gənc oyunçusu müəyyənləşib.
İdman ictimaiyyəti, jurnalistlərin, komandaların kapitanları və ekspert qrupunun qatıldığı səsvermədə “Mançester Siti” klubunun hücumameyilli futbolçusu Kevin de Bröyne bütün rəqiblərini geridə qoyaraq bu nominasiyada qalib olub.
Belçikalı futbolçu səsvermədə Trend-Aleksander Arnoldi, Sadio Maneni, Jordan Hendersoni (hər üçü - “Liverpul”), Ceyms Vardini (“Lester Siti”), Dani İnqzani (“Sothemton”) və Nika Poupani qabaqlayıb.
Futbolçu ötən mövsümdə 35 oyunda meydana çıxıb, 13 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.