Moskvada 17 yaşlı futbolçu məşq zamanı ölüb

Rusiyanın paytaxtı Moskvada məşq vaxtı 17 yaşlı futbolçu dünyasını dəyişib. 

"Report"un "Moskovskiy komsomolets"ə istinadən məlumatına görə, insident "Rublyovo" stadionunda baş verib. Gənc futbolçu digər oyunçularla birgə məşq etdiyi vaxt huşunu itirib və onda qıcolma başlayıb.

Xəstəxanaya çatdırılmasına baxmayaraq, gənc idmançının həyatını xilas etmək mümkün olmayıb.