İspaniyanın “Real Sosyedad” klubunda iki nəfərdə koronavirus aşkarlanıb.
Qol.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Futbolçular və məşqçilər də daxil olmaqla bütün klub kollektivinin koronavirus testindən keçirildiyi, iki nəfərin analizinin müsbət nəticə verdiyi bildirilib. Xəstəlik aşkarlananların kimliyi açıqlanmır. Onların karantinə alındığı və qarşıdakı günlərdə təkrar testdən keçiriləcəkləri qeyd olunub.