Çempionlar Liqasında ilk finalçı müəyyənləşir 


Çempionlar Liqasında yarımfinal mərhələsi start götürür.
Apasport.az saytının məlumatına görə, bu gün ilk finalçı müəyyənləşəcək.

Birinci cütlükdə “Leypsiq”lə PSJ üz-üzə gələcək. 1/4 finalda gözlənilmədən “Atletiko” üzərində qələbə qazanan Bundesliqa klubu daha bir sensasiyaya imza atmaq niyyətindədir. Ancaq turnirin qalibi olmağı hədəfləyən parislilər cütün favoritidir.

Bu cütlüyün qalibi tarixində ilk dəfə Çempionlar Liqasının finalında iştirak etmək hüququ əldə edəcək. Həlledici qarşılaşma avqustun 23-də Lissabonun “Da Luş” stadionunda keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütlüyündə sabah “Bavariya” ilə “Lion” qarşılaşacaq.

Çempionlar Liqası
Yarımfinal
18 avqust
23:00. “Leypsiq” (Almaniya) – PSJ (Fransa)
Baş hakim: Byorn Kuypers (Niderland)
Lissabon. “Da Luş” stadionu