Sentyabrın 2-də, Bakı vaxtı ilə saat 15:15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında futzal üzrə AVRO-2022-nin seçmə qrup mərhələsinin püşkü atılacaq.
Azərbaycan Futzal Federasiyasının saytı xəbər verir ki, püşkdən əvvəl qitənin ali futbol qurumu milli komandaları reytinq cədvəlinə uyğun olaraq səbətlərə bölüb.
Millimiz A səbətində yer alıb. Bu isə o deməkdir ki, həmin səbətdə yer alan komandalar qrup mərhələsində rəqib olmayacaqlar. Ümumiyyətlə, A, B, C qruplarının hər birində səkkiz komanda yer alıb. Norveç D səbətində yeganə komandadır. İlkin mərhələdən pley-off oyunlarına vəsiqə qazanan komandalar isə E səbətində cəmləşiblər. Həmin cütlüklərin qalibləri seçmə qrup mərhələsində yer alacaqlar.
Püşk zamanı komandalar hər birində dörd iştirakçı olmaqla səkkiz qrupa bölünəcəklər. Yəni qruplara hər səbətdən bir komanda daxil ediləcək. Yekunda səkkiz qrupun qalibi və ən yaxşı göstəriciyə malik altı komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi komanda isə pley-off görüşündə üz-üzə gələcək. Bu görüş 2021-ci ilin noyabrında keçiriləcək. AVRO-2022-nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.
A səbəti
İspaniya, Portuqaliya (son qalib), Rusiya, Qazaxıstan, Serbiya, AZƏRBAYCAN, Xorvatiya, İtaliya
B səbəti
Ukrayna, Çexiya, Sloveniya, Rumıniya, Macarıstan, Fransa, Finlandiya, Slovakiya
C səbəti
Belarus, Bosniya və Herseqovina, Polşa, Belçika, Gürcüstan, Latviya, Moldova, Albaniya
D səbəti
Norveç
E səbəti
Türkiyə/Yunanıstan, San Marino/Danimarka, İsrail/Kipr, İsveçrə/Almaniya, İngiltərə/Şimali Makedoniya, Bolqarıstan/Ermənistan, Monteneqro/Litva
Oyun günləri
2-11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)
6-9 dekabr 2020
25 yanvar-3 fevral 2021
1-10 mart 2021
5-14 aprel 2021