“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki matçının hakimləri müəyyənləşib.
Azərbaycan çempionunun növbəti ev oyununu Qazaxıstandan olan hakim idarə edəcək. Qarşılaşmanın baş hakimi Furkat Atacanov olacaq. Ona həmyerliləri Sergey Kalaçyov və Darxan Tuleqenov kömək edəcək. Matçın dördüncü hakimi Qriqori Moskovçenko olacaq.
Oxu.Az-ın məlumatına görə, Furkat Atacanov artıq bir dəfə təmsilçimizin oyununu idarə edib.
Bu, ötən mövsüm UEFA Gənclər Liqasının I mərhələsində Kiprdə keçirilmiş APOEL və “Qəbələ”nin 19 yaşadək komandaları arasındakı görüş olub. Ötən ilin oktyabrın 2-də Nikosiyanın “Makarion” stadionunda keçirilmiş ilk görüş 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) oyunundan sonra bilinəcək. II təsnifat mərhələsinin oyunu Bakıda keçiriləcək.