Yaponiya şirkətlərinin yarıdan çoxu Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ildə bu ölkədə keçirilməsinin əleyhinədir.
Apasport.az saytının məlumatına görə, “Tokio Shoko Research” araşdırma mərkəzi bununla bağlı yerli şirkətlərlə sorğu keçirib.
Ümumilikdə 13 min şirkət sorğuda iştirak edib ki, onların yarıdan çoxu ya turnirin ləğvini, ya da yenidən təxirə salınmasını istəyib. Səs verənlərin 27,8 faizi Olimpiadanın ləğvinin, 25,8 faizi isə başqa vaxta keçirilməsinin tərəfdarı olub. Həmin şirkətlər ölkədə koronavirus pandemiyasına yoluxma sayının yenidən artması və ciddi maliyyə itkilərinə səbəb olmasını əsas götürüblər.
Qeyd edək ki, bu yay keçirilməli olan Tokio-2020-nin koronavirus pandemiyası səbəbindən gələn il 23 iyul – 8 avqust aralığında təşkilinə qərar verilib.