Avropa Liqasında final matçının ən yaxşı oyunçusunun kimliyi bəlli olub.
Oxu.Az xəbər verir ki, İspaniyanın “Sevilya” klubunun hücumçusu Luk de Yonq hər kəsi qabaqlayıb.
İtaliya təmsilçisi “İnter”lə görüşdə 3:2 hesablı qələbəyə iki qolla töhvə verən forvard ən yaxşı seçilib.
Qeyd edək ki, “Sevilya” tarixində 6-cı dəfə Avropa Liqasını qazanmaqla özünəməxsus rekordu yeniləyib.