Fərdi Dünya Kubokunda yarışacaq yunan-Roma güləşçilərimiz bilindi

Bu gün güləş üzrə Fərdi Dünya Kubokuna start veriləcək.
Serbiyanın paytaxtı Belqradda keçiriləcək yarışın ilk günlərində yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ölkəmizi güləşin bu növündə Eldəniz Əzizli (-55 kq), Nihat Məmmədli (-60 kq), Taleh Məmmədov (-63 kq), İslambəy Dadov (-67 kq), Ülvi Qənizadə (-72 kq), Sənan Süleymanov (-77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (-130 kq) təmsil edəcək.
Bu gün güləşin bu növü üzrə bütün çəkilərdə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

-55 kq
1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (Serbiya)

-60 kq
1/8 final: Nihat Məmmədli – Viktor Çyobanu (Moldova)

-63 kq
1/8 final: Taleh Məmmədov – Aleksey Masik (Ukrayna)

-67 kq
Təsnifat: İslambəy Dadov – Ruben Marvike (İtaliya)

-72 kq
1/8 final: Ülvi Qənizadə – İbrahim Qanem (Fransa)

-77 kq
Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (Almaniya)

-87 kq
1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (Əlcəzair)

-130 kq
1/8 final: Beka Kandelaki – Alin Kyuraryu (Rumıniya)

Qeyd edək ki, Fərdi Dünya Kubokunda Azərbaycandan I-S kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.