Türkmənistana səfərdən dönüşdə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Rusiya Prezidenti Vladimir Putin ilə olduqca səmərəli, əhatəli və dərin məzmunlu görüş keçirib. Sherg.az xəbər verir ki, Ərdoğan daha sonra bildirib:
- Görüş zamanı ona hər an səfərini gözlədiyimi bildirdim və ən qısa zamanda yenidən bir araya gəlməyimizin vacibliyini vurğuladım. O da “sözümü yerinə yetirəcəyəm” dedi. Ümid edirəm ki, yaxın zamanda bu səfər baş tutacaq. Rusiya ilə münasibətlərimiz gündəlik maraqlara əsaslanan əlaqələr deyil; dərin tarixi köklərə, güclü diplomatik təmələ və qarşılıqlı etimada söykənir. Görüşdə əsasən Ukraynadakı müharibə və sülh səyləri müzakirə olundu. Türkiyənin bu məsələdəki mövqeyi cənab Putin tərəfindən də aydın şəkildə bilinir. Biz bu müharibənin artıq bitməli olduğunu düşünürük və bunu bütün tərəflərə açıq şəkildə ifadə edirik.