Ukrayna ABŞ Prezidenti Donald Trampın Çindəki danışıqları barədə məlumat gözləyir və müharibəyə son qoymaq üçün növbəti addımları hazırlayacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.
Zelenskinin sözlərinə görə, o, Trampın nümayəndələri Stiv Utkov və Cared Kuşnerlə görüşməyi gözləyir. Avropa liderləri ilə Rusiya danışıqlarında yeni addımlar barədə müzakirələr də planlaşdırılır.
“Amerika nümayəndələri bildiriblər ki, Berlindəki görüşlərimizdə ABŞ Prezidentinin hazırda Çində və digər ölkələrdə keçirilən danışıqları barədə lazımi məlumatları verəcəklər. Biz Çindən, digər ölkələrdən və tərəfdaşlarımızdan məlumat alacağıq”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, bu gün Putinlə Trampın Çində görüşü gözlənilir.