Premyer Liqa: “Zirə” Şamaxıdan xalsız qayıdır

Azərbaycan Premyer Liqasının XV turunun açılış oyununda “Şamaxı” və “Zirə” komandaları qarşılaşıb.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda meydan sahibi komanda qələbə qazanıb - 2:1.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşdə hesabı “qartallar”ın yarımmüdafiəçisi Giorgi Papunaşvili açıb. O, 8-ci dəqiqədə baxımlı qola imza atıb.

“Şirlər”dən əvvəlcə 54-cü dəqiqədə Alfonso Msanqa hesabı bərabərləşdirib. 8 dəqiqə sonra isə Kərim Rossi penaltini dəqiq yerinə yetirib.

Bununla da “Şamaxı” xallarının sayını 20-yə çatdıraraq 7-ci pillədəki mövqeyini möhkəmlədib.

“Zirə” 27 xalla üçüncüdür.

Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.