İstanbul təmsilçilərindən “Qalatasaray” klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib.
Teleqraf xəbər verir ki, o, klubun İdarə Heyətində və tabeliyindəki şirkətlərdə tutduğu vəzifələrdən ayrıldığını açıqlayıb.
Öztürk bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, istefasına səbəb kimi oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasında baş verən hadisələri göstərib.
Klub rəsmisi iclas zamanı fiziki hücuma məruz qaldığını və mərhum anasının təhqir edildiyini və yaşananları qəbul edə bilmədiyini bildirib.