Zərdüşt Əlizadənin bacısı vəfat etdi

Tanınmış politoloq Zərdüşt Əlizadəyə ağır itki üz verib.

Teleqraf xəbər verir ki, onun bacısı, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin dosenti, filologiya elmləri namizədi Nüşabə Əlizadə vəfat edib.

Qeyd edək ki, Nüşabə Əlizadə BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda elmi fəaliyyət göstərib. O, 1993-cü ildən BDU-nun İran filologiyası kafedrasının dosenti vəzifəsində çalışıb, çoxsaylı elmi məqalə və monoqrafiyaların müəllifi olub.​