“Beşiktaş” “Hatayspor”la matçda xal itirib



Türkiyə Super Liqasında XVIII tur davam edir.

Apasport.az saytının məlumatına görə, tur çərçivəsində 4 oyun keçirilib.

Meydana çıxan bütün komandalar qol sevinci yaşayıb. Çempionatın lideri “Beşiktaş” “Hatayspor”un qonağı olub.

Dörd qolun vurulduğu matçda qalib müəyyənləşməyib. “Rizəspor”la görüşdən “Dənizlispor” erkən qolla önə keçsə də, üstünlüyünü qoruya bilməyib.

Son çempion “Başakşəhər” autsayderlər qrupunda yer alan “Ankaragücü” üzərində çətin qələbə qazanıb. Orta pillələrdə qərarlaşan rəqiblərin duelində “Konyaspor”u üstələyən “Fatih Karagümrük” rəqibini turnir cədvəlində də arxada qoyub.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Türkiyə Super Liqası
XVIII tur
10 yanvar

“Fatih Karagümrük” – “Konyaspor” – 2:1
Bertolaççi, 66, Ndiaye, 81 – Yevtoviç, 84
“Ankaragücü” – “Başakşəhər” – 1:2
Çekici, 20 – Viska, 17, Ba, 56
“Rizəspor” – “Dənizlispor” – 1:1
Rüzgar, 90 – Rodalyeqa, 9
“Hatayspor” – “Beşiktaş” – 2:2
Bupendza, 7, 23 – Abubakar, 6, Larin, 41