Yaponiya əhalisi Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsinin əleyhinədir.
Apasport.az saytının məlumatına görə, bunu sorğunun nəticələri göstərib.
Yaponiyalıların 80 faizdən çoxu yarışın ləğv edilməsi və ya təxirə salınmasını istəyir. Telefon zəngləri ilə aparılan sorğuda iştirak edənlərin 35,3 faizi ümumiyyətlə ləğvin tərəfdarıdır. 44,8 faizi 2020-ci ildən 2021-ci ilə təxirə salınan Tokio-2020-nin vaxtının yenidən dəyişdirilməsini istəyir.
Buna səbəb koronavirus pandemiyasının yenidən alovlanmasıdır. Yaponiyanın bir sıra şəhərlərində fövqəladə vəziyyət elan olunub.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları 24 avqustun 24-dən sentyabrın 5-dək keçirilməlidir.